Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hər bir uşaq bir Azərbaycan bayrağıdır” adlı tədbir keçirilib

24.11.2022

01.11.2022-ci il tarixində Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində  Xocalı rayon Mədəniyyət evinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı "Hər bir uşaq bir Azərbaycan bayrağıdır" adlı tədbir keçirildi. Tədbirdə rayon mədəniyyət müəssisələrinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin işçiləri və Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdləri iştirak etdilər.

İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov qeyd etdi ki, uşaqlara vətənləri barədə məlumatlar yaradıcı formada çatdırılanda daha effektli olur. Biz təkcə nəzəri bilik verməməliyik, yaradıcı olaraq siz uşaqlara vətənpərvərliyi aşılamağa çalış-malıyıq. Nəzəri biliklər darıxdırıcı olar, bu sizlərin yaddaşında o qədər də qalmaya bilər. Yaradıcı tapşırıqlarla isə uşaqlar daha çox vətənpərvərlik hissinə köklənirlər. Uşaqlara vətənpərvərliyi aşılamaq üçün ilk növbədə vətənin sərvətləri, milli atributları haqqında məlumat verməliyik. Əsas onu aşılamalıyıq ki, vətənin ən şoran torpağı da mənim üçün əzizdir. Çünki orada bizim ata-babalarımız, əcdadlarımız doğulub. Elə bu məqsədə xid-mət etmək üçün vətənpərvərlik ruhda sənədli film hazırlanmışdır.

Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov çıxış edərək bil-dirdi ki, vətənə məhəbbət körpəlikdən, beşikdə ananın dediyi layladan, söylədiyi nağıl-lardan başlayır. Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, siz uşaqlara da aşılayaq. Dinimizi qorumaq rahat, toplu şəkildə ibadət etmək üçün azad dövlətə sahib olmalıyıq. İnsanın öz dilində ən rahat danışdığı, özünü ən rahat ifadə etdiyi ərazi onun dövlətidir. İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalı-dır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah sizin borcunuzdur.

Sonda "44 gün 44 an" adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi

 

184.5 KB

 

194.9 KB