24.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsində uşaqlarda davranış qaydalarının təbliği məqsədilə “Yaxşılıq çələngi”, “Dostluğun şərti” kitablarının xülasəsini keçirtdi.
Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva iştirakçıları salamlayaraq ilk növbədə tədbirin məqsədi haqqında məlumat verdi. Sonra kitabları təqdim edərək bildirdi ki, hər bir kitabda xeyirxahlıq, hümanistlik, böyüyə hörmət, ata-anaya sevgi, kiçiyə diqqət və gözəl davranış qaydalarından bəhs edən hekayələr toplanmışdır. Tədbirdə iştirakçılara kitabdan qısa hekayələr oxundu. Onların fikirləri dinlənildi. Qeyd olundu ki, kitabları uşaq kitabxanasının fondundan istədikləri zaman əldə edə bilərlər.