Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayon Sərkar Uşaq Musiqi məktəbində uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbir keçirilib

24.11.2022

19.11. 2022-ci il tarixdə Samux rayon Sərkar Uşaq Musiqi məktəbində uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbir keçirildi. Məktəbin şagirdlərinin iştirakı ilə musiqili əyləncəli saatlar , marifləndirici viktorinalar, intelektual oyunlar keçirildi.

Tədbirdə iştirak edən şagirdlər musiqi alətlərində öz bacarıqlarını nümayiş elətdirdilər. Məktəbin nağara sinfinin şagirdləri müxtəlif ritimlərdən ibarət kompozisiya səsləndirdi.

II sinif şagirdi Hüseynzadə Ramiz tarda Fikrət Əmirovun “ Qatar” əsərini, II sinif şagirdi Əmiraslanov Aslan qarmonda “ Nəlbəki” rəqsini, II sinif şagirdi Əsgərov Nihat tarda Üzeyir Hacıbəyovun “ Axşam oldu” əsərini ifa etdilər.

 Sonra şagirdlərdən ibarət “ Zəfər” və “ Alov” komandalarının iştirakı ilə viktorina keçirildi. 

 

66.6 KB

 

124.6 KB