Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Uşaqları zərərli vərdişlərdən yayındıraq” adlı mövzuda diskusiya təşkil olunub.

24.11.2022

23.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində  " Uşaqları zərərli vərdişlərdən yayındıraq" adlı mövzuda diskusiya təşkil olunub. Tədbirdə MİHİ Samux rayon Komitəsi, Mədəniyyət Mərkəzinin kollektivi və Mirzə Ələkbər Sabir adına 1 Saylı məktəb-liseyin müəllim və şagirdləri iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov  ilk olaraq tədbir iştirakçılarını salamlayıb və çıxışında   qeyd edib ki, informasiya texnologiyaları artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrilib, uşaqların da internetdən mütəmadi şəkildə istifadə etdiyini nəzərə alaraq orta məktəblərdə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda tədbirlər tez-tez təşkil olunmalıdır.Uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Tədbirdə  həmçinin, Arif Məmişov uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında ətraflı məlumatları diqqətə çatdırıb.
Uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir.
Zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha da çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür. Mövzu ilə bağlı ətraflı məlumat verildikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlərə mövzu ilə bağli  videoçarx təqdim olunub.

 

107.6 KB

 

105.5 KB