Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşanın xan qızı” başlığı altında dəyirmi masa keçirilib

24.11.2022

23.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialının təşkilatçılığı ilə "Şuşanın xan qızı" başlığı altında dəyirmi masa keçirdi.

Tədbiri Giriş sözü kitabxana filialının müdiri Gülşən Əliyeva açaraq Qarabağın döyünən qəlbi olan Şuşada doğulmuş görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan haqqında məlumat verdi. Xurşidbanunu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmasından danışdı . Kitabxananın oxucusu Nəzakət Məmmədovada Xurşidbanunun həyatını dövrün tələbləri sayəsindən,vətəninə qurub yaratdığı yeniliklərdən,zövq və həvəslə gördüyü işlərdən danışdı.

Sonra kitabxananın məktəbli oxucuları Cəfərov Cavid, Əhmədov Çingiz  Xan qızının qəzəllərindən parçalar söylədilər.

 

147.2 KB

 

169.6 KB