Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş musiqili ədəbi-bədii kompozisiya təqdim edilib

24.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində dahi bəstəkar Fikrət Məşədi Cəmil Əmirovun 100 illik yubileyinə həsr olunmuş musiqili ədəbi-bədii kompozisiya təqdim edildi.

Konsertdə bəstəkarın müxtəlif janrda əsərləri məktəbin müəllim və şagirdləri tərəfindən ifa edilmişdir.

Məktəbin müəllimləri: Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramov, Günay Məmmədova, Aytən Zaman, Elnur Hüseynov, Tural Əliyev, Arif Şahbazov, Amin Əliyev, İlahə Mirzeyeva və şagirdlər: Toğrul Quluzadə, Zəhra Tağıyeva, Ramiz Qarayev, Səbinə Əsgərzadə, Aygün Əliyeva, Məryəm Bayramova, Arslan Vəliyev çıxış etmişlər.

Konsertdə həmçinin Fikrət Əmirov adına skripka çalanlar ansamblı çıxış etdi, bədii rəhbər Turan Şahbazi.

 

112.2 KB

 

116.3 KB

 

98.4 KB