22.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı 22.11.2022-ci il tarixində xalq yazıçısı Abbaszadə Hüseyn Abbas oğlunun anadan olmasının 100 illiyi ilə əlaqədar "Əbədiyyat memarı" adlı ədəbiyyat saatı keçirib.
Tədbiri giriş sözü ilə filialın kitabxanaçısı Günel Tanırverdiyeva açıq elan edib və yazıçının həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verdi. Sonra yazıçının fondda olan kitablarından ibarət sərgi nümayiş olundu və oxuculara kitabların xülasəsi keçirildi.