Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Erməni terrorunun buraxdığı izlər” adlı tədbir keçirilib

22.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 18 saylı kitabxana filialında 17.10.2022 -ci il tarixində II Qarabağ Vətən müharibəsində Gəncə terrorunun ildönümünə həsr olunmuş "Erməni terrorunun buraxdığı izlər" adlıtədbir keçirildi.
Oktyabrın 17-də 18 saylı kitabxana filialının kitabxanaçısı Amalya Abbasova 11 saylı və 36 saylı tam orta məktəbin şagirdləri və fəal oxucuları ilə informasiya günü keçirtdi.
Tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağrı artilleriyadan atəşə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur  obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Mərasim zamanı dağıntılar olan yerə gül dəstələri qoyulub, şəhid olanların ruhlarına ehtiram əlaməti olaraq dualar oxunub.

 

117.3 KB

 

136.6 KB