22.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 21.XI.2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sayadov Mehman Qəzənfər oğlunun anadan olmasının 50 illiyi münasibətilə ”Vətən sağ olsun” adlı anım günü keçirtdi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra ilk öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edildi MKS-nın 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva “Azərbaycan Qarabağı” könüllü müdafiə batalyonunun əsgəri” ,Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Qarabağ şəhidi Milli Qəhrəman”, məktəbin psixoloqu Qətibə Mustafayeva “Hər birimiz qəhrəmanlarımızı tanımalı, onlardan örnək götürməliyik”, Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva “Azərbaycanın qəhrəman övladları”, kitabxana müdiri Ruziyə Abbasova “Ölkənin ən yüksək fərqlənmə dərəcəsinə layiq olunan Mehman” adlı çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta V-VIII sinif şagirdləri şəhidlər haqqında təqdimatlar ,şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərə rəhmət eləsin.