11.06.2018
MKS - nin 7saylı kitabxana filialı iyun ayında 15 adda 34 nüsxə kitab almışdir. Bununla əlaqədar kitabxanada “ Fonda daxil olan yeni kitabların sərgisi ” təşkil olundu. Sərgini kitabxanaçı Vüsalə Mustafayeva aparırdı. O, qeyd etdi ki, məqsəd oxucuların intelektual inkişafında kitabların rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə tələbatını reallaşdırmaqdir. Sonra kitabxanaçı kitabların biblioqrafiq icmalını verdi. Sərgidə 13 adda yeni dünya ədəbiyyatı seriyasından olan kitablar və ərəb, fars lüğəti sərgilənmişdi. Tədbirin sonunda iştirakçılar həmçinin yeni kitabların çarxlı slaydını izlədilər