Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından” adlı dəyirmi masa keçirilib

22.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 21.11.2022-ci il tarixdə Xalq artisti, bəstəkar, Azərbaycan Dövlət mükafatları laureatı, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə "XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından" adlı  dəyirmi masa keçirdi.Tədbirdə filialın böyük kitabxanaçısı Təranə Aslanova Fikrət Əmirovun  həyatı haqqında  qısa məlumat verdi. 
Dəyirmi masada 32 saylı tam orta məktəbin müəllimləri Rəhimova Günel, Xəlilova Esmira, Daşdəmirova Lalə  və şagirdlər  iştirak etdilər. Tədbirdə musiqi müəllimləri  söylədilər ki, bəstəkarın   "Sevil" operası, "Nizami" simfoniyası, "Min bir gecə" və "Nəsimi dastanı" baletiləri, "Şur","Kürd-Ovşarı" simfonik muğamları, mahnı və romansları, dram tamaşalarına, kinomuza yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli incilərindəndir.   Tədbiri keçirməkdə məqsədimiz böyük bəstəkarı gənclərimizə tanıtmaq və onun irsindən bəhrələnməkdir.

 

83.3 KB