Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbəmiz tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib

22.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evində Kitabxana Filialının birgə təşkilatçılığı ilə "Qələbəmiz tariximizin şanlı səhifəsidir" adlı tədbir keçirilmişdir.

Keçirilən tədbirdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Vətən müharibəsinin Şəhid ailələri, Qazilər, İctimaiyyətçilər, Cəmiyyət sədrləri, Balakürd kənd tan orta məktəbinin müəllimləri və şagirdlər iştrak etmişdir.

Tədbirdə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Balakürd kənd Mədəniyyət Evinin Metodisti Elçin Tağıyev Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, Qazilərimizə sağlam can arzulamışdı.

Çıxış edən natiqlər Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq onlarla bağlı xatirələrini bölüşdülər.

Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır.

Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır deyə natiqlər bildirmişdir.

Tədbirdə iştrak edən Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun "Təşəkkürnamə"ləri təqdim edilmişdir.

Şəhid ailələri Qazilər onlara göstərilən diqqət və qayğıya ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.

Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

280 KB

 

259.4 KB