Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məşədi Cəmil Əmirovun qəbri ziyarət edilib

22.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə dünya şöhrətli dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubiley ərəfəsində Gəncədə ilk musiqi məktəbinin və musiqi texnikumunun yaranmasında böyük rolu olan Məşədi Cəmil Əmirovun (Fikrət Əmirovun atası) qəbri ziyarət edildi.

Ziyarətdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, məsləhətçi Rahib Hüseynov, Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aidə Əmrahova və müəllimlər iştirak ediblər.

 

114 KB