Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təbiəti sevək və qoruyaq

08.06.2018

MKS-nin 20 saylı kitabxana filialında 08.06.2018-ci il tarixdə “Təbiəti sevək və qoruyaq” başlığı altında Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı mövzu saatı keçirildi.

Filialın müdiri Zeynəb Məmmədova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, bizi əhatə edən ətraf aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsi və tərkib hissəsiyik.Təbiət bizim anamızdır.

Sonra söz GDU-nun II kurs tələbəsi Aytən Qeybullayevaya verildi. O qeyd etdi ki,bizim yaşadığımız dünya gözəl, əsrarəngiz, həm də maraqlıdır. Biz füsunkar bitkilər aləminin vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik.

Yer kürəsi adlandırdığımız planet ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Bu harmoniyanın pozulması dünyanı fəlakətə sürükləyə bilər. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Yaşıllıq insanlara su, çörək qədər vacibdir. Yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim var-dövlətimiz, sərvətimizdir. Danılmazdır ki, meşələri-Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək,demək, bəşər də yoxdur.

Sonra söz fəal oxucu Zəhra Babayevaya verildi. O dedi. doğma yurdumuz Azərbaycan zəngin təbiət muzeyidir. İl boyu başı qarlı dağlar, könül açan sərin yaylaqlar, göllər, çaylar, bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Təbiət elə gözəl sənət əsəridir ki,bu əsəri korlamaq bir yana dursun,hətta onu duymamağın özü insanlıqdan kənardır.

23 saylı orta məktəbin XI sinif şagirdi Tahir Əsgərov davam edərək bildirdi ki, Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gənclərimizin hər biri bir uzunömürlü ağac basdırsa, çox yaxşı olar. Ata-babalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəsillərə yadigar qoymaq bizim borcumuzdur.

Sonda tədbir iştirakçıları “təbiəti sevsən qoruyacaqsan” başlığı altında hazırlanmış sərgi ilə tanış oldular.