19.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 18.11.2022-ci il tarixində Azərbaycanın mütəfəkkir şairi, dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar Asan Xidmətin könüllüləri ilə birlikdə Mişkinaz Cavidin “ Cavidi xatırlarkən” kitabının müzakirəsini keçirdi.
Tədbirdə filialın müdiri Firuzə Yunusova Hüseyn Cavidin həyat yolu və yaradıcılığı haqqında geniş məlumat verdi.
Sonra Asan Xidmət könüllülərinin nümayəndəsi Amin Hüseynov qeyd etdi ki, xatirələrin müəllifi Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Caviddir. Mişkinaz Cavid illər sonra Cavidin unudulmuş əsərlərini yazıya köçürüb onun haqqında ən düzgün xatirələri qələmə almışdır.
Sonda çıxış edənlər kitab haqqında öz fikirlərini bildirdilər.