Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya ilə mübarizədə öz köməyini əsirgəmə” başlıqlı dəyirmi masa keçirilib

19.11.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 18.11.2022-ci ildə narkomaniyaya qarşı mübarizə ilə əlaqədar “Narkomaniya ilə mübarizədə öz köməyini əsirgəmə” başlıqlı dəyirmi masa keçirdi.

 Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Tədbiri 9 saylı kitabxana filialının kitabxanaçısı Nərgiz Məmmədova açıq elan etdikdən sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi”, Gəncə şəhər 2 nömrəli Uşaq Poliklinikasının tibb bacıları Təranə Əliyeva “Narkomaniyanın ailə üçün yaratdığı problemlər”, Məhbarə Həsənova “Yeniyətmələrin narkomaniya problemi”, Təranə Namazova “Narkomaniyadan necə qorunaq”, Səmayə Rüstəmova “Narkomaniya il mübarizəyə həssaslıqla yanaşmalıyıq”  adlı çıxışlar etdilər.

 Sonda tədbirdə iştirak edənlərə övladlarını, yaxınlarını heç bir yaş həddi tanımayan narkomaniyadan qorunmaq üçün tövsiyyələr də verildi.

 

93.8 KB

 

105.7 KB