Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Daşdəmir” Azərbaycan xalq nağılının müzakirəsi keçirilib

19.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında “Daşdəmir” Azərbaycan xalq nağılının müzakirəsi keçirildi. Tədbiri kitabxanaçı Səfayət Məmmədova apardı. Kitabxanaçı qeyd etdi ki, Azərbaycan məişət nağılları insanın həyat mübarizəsində fəaliyyətini, zəkasını, cəsarətini, dürüstlüyünü, hazırcavablığını ifadə edir. “Daşdəmir” bu qəbil Azərbaycan xalq nağıllarındandır. Sonra öncədən tərtib olunmuş plan əsasında nağılın müzakirəsini təşkil etdi. Məktəblilər müzakirədə fəallıq nümayiş etdirdilər. Aparıcı gərəkli anda müzakirələrə müdaxilə edərək onlara istiqamət verdi. Bununlada müzakirənin müəyyən olunmuş, düzgün məcrada keçməsinə, nağılın əsas ideyasının açılmasına nail oldu. Sonda kitabxanaçı tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

326.2 KB