19.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Abonement şöbəsi 18.11.2022-ci il tarixində “Vətən müharibəsi ədəbiyyatda” adlı kitab sərgisi keçirilmişdir.
Tədbir şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Kitabxanaçı Afaq Bağırova çıxışında bildiridi kii, 44 günlük - vətən müharibəsi çox az müddət olsada Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarix oldu. Vətən müharibəsində şanlı qələbəmiz xalqımızın igid övladlarının qanı- canı bahasına qazanılmışdı.
Sonra Sərgidə nümayiş olunan, yaddaşımızda iz qoymuş qəsbkar qonşularımızın törətdiyi soyqırımları, torpaqların işğal olunması, güllələnmiş abidələrimizi , babalarımızın haqq savaşını , şəhid olmuş igid oğulların göstərdiyi şücayəti qələmə alan yazıçıların “Qələbə şəhidləri”, ”İbrahim İbadoğlu “Sərkərdə”, İlham Cəmiloğlu “Yaxın, uzaq Xankəndi”, Nizami Sadıqov “Ağdam gündəliyi”, və s. kitabları haqqında məlumat verdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri və fəal oxucular iştirak edirdi.