Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müşfiq yaradıcılığında Vətən məhəbbəti”

08.06.2018

08.06.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş “Müşfiq yaradıcılığında Vətən məhəbbəti” adlı dəyirmi masa keçirildi. Tədbirdə Jurnalist İmamverdi Vəliyev , MKS-nin Məlumat Bibilioqrafiya söbəsinin müdiri Səbinə Məmmədova, GDU-nun tələbələri və kitabxanamızın fəal oxuculari istirak etdilər. Tədbiri giriş sözü ilə kitabxanaçı Əfsanə Bağırova açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqda məlumat verdi və qeyd etdi ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. O, qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub. Şairin fəaliyyəti, vətənə məhəbbəti, həyat tərzi insanlarda rəğbət yaradır.

Səbinə Məmmədova, Mikayıl Müşfiq yaradıcılığından danışdı. Müşfiqin siyasi rejimin qurbanı olsa da, əbədiyyət qazanmağından, , arxivləri məhv edilsə də, sevilən əsərləri xalqın dilində əzbərə çevrildiyindən söz açdı: Azərbaycan milli musiqi aləti tarın aşiqi olan Müşfiq vaxtilə “Oxu, tar” deyərək alətin müdafiəsinə qalxmışdı. Bu gün Azərbaycan tarının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi yəqin ki, nakam şairin də ruhunu şad edir”. İmamverdi Vəliyev Müşfiq haqqında fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşərək bildirdi ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar”. Tədbir iştirakçıları mikayıl Müşfiqə həsr olunmuş kitab sərgisi ilə tanış oldular