18.11.2022
18.11.2022-ci il tarixində Samux şəhər Kitabxana filialının təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux şəhər kitabxana filialında 20 Noyabr -- Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar " Hüquqlarımızı öyrənək" adlı görüş təşkil olundu. Görüşdə Samux şəhər Kitabxana filialının əməkdaşı Samirə Ələkbərova Samux şəhər 3 saylı məktəbin şagirdləri ilə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi haqqında söhbətlər apardı.
Görüşün keçirilməsində əsas məqsəd uşaq hüquqları ilə bağlı şagirdlərə məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyadılması, xoş və yaddaqalan gün təşkil edilməsi olub. Bunlardan əlavə məktəblilərlə görüşdə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlarıda şagirdlərin diqqətinə çatdırıldı.