Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı dəyirmi masa keçirilib

18.11.2022

18.11.2022 ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı dəyirmi masa keçirildi.
  İlk öncə tədbirdə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov  çıxışında bildirdi ki, 2020-ci il 20 noyabr Ağdamın azad olunduğu şanlı gün  xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edilib-bu  gözəl  anlar üçün Ali Baş Komandana  təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilib . Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı  onun ətrafında  bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan  qovdu.
Sonra söz Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Afərim Verdiyevaya verildi.O, da öz çıxışında qeyd etdi ki, Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Prezident  İlham  Əliyev  bu  münasibətlə demişdir ki, biz  tarix  yazırıq, yeni  tarix. Xalqımızın, ölkəmizin  yeni  şanlı tarixini  yazırıq. Bu, Zəfər  tarixidir.
  Daha sonra söz Mədəniyyət Mərkəzinin informasiya və texnologiya üzrə mütəxəssisi Məlahət Məhərrəmova verildi.O, da öz çıxışında bildirdi ki, Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir.
Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

 

71.6 KB