18.11.2022
17.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "17 noyabr Milli Dirçəliş günüdür"adlı onlayn videokonfrans keçirildi.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açaraq əlamətdar gün münasibətilə təbrik etdi və xoş arzularını çatdırdı.
Samux rayon üzrə baş məsləhətçi Əliyev Süleyman çıxışında bildirdi ki,tariximizə Milli Dirçəliş Günü kimi daxil olmuş 17 noyabr onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən insanlar üçün 17 noyabr əsl Dirçəliş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin qalibiyyət günüdür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü də xalqa arxa olan dahi insan - Heydər Əliyevdir!
Füzuli kənd Mədəniyyət evinin müdiri Əsgərov Qiyas çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağı daha da yüksək zirvələrdə dalğalanacaqdır.