17.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 17 noyabr Milli Dirçəliş günü münasibətilə 17.XI.2022-ci il tarixində “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” adlı onlayn oxucu konfransı keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra “Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rolu ”, Kəlbəcər rayon 109 saylı orta məktəbin direktor müavini Şikar Baxışov “Müstəqillik və dirçəliş yoluna qovuşan Azərbaycan xalqı ”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Azərbaycanda milli istiqlal hərəkatı”, tarix müəlliməsi Vəfa Hacıyeva “Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yol”, məktəbin psixoloqu Qətibə Mustafayeva” Milli qürur günümüz”, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “Milli azadlıq hərəkatı ”, ibtidai sinif müəlliməsi Fidan Mustafayeva “Zəfər sənindir Azərbaycan” adlı çıxışlar etdilər. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin şagirdləri və Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərinin ifasında təqdimatlar, şeirlər təqdim edərək çıxışlar etdilər. Tədbirin sonunda “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” adlı videoçarx nümayiş edildi.