Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dirçəliş Günün Mübarək, Azərbaycan!” adlı dəyirmi masa keçirilib

17.11.2022

17.11.2022 -ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin filialı Ziyadlı kənd Sənətkarlıq  evində  17Noyabr  Milli Dirçəliş Gününə həsr olunmuş  "Dirçəliş Günün Mübarək, Azərbaycan!" adlı dəyirmi masa keçirildi. Tədbirdə   Milli Dirçəliş Günü haqqında ətraflı məruzələr oxundu-Azərbaycanın müstəqilliyinə doğru geden yol 17 noyabrdan Azadlıq meydanından başlanır. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu və 17 noyabr isə xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü kimi qeyd olunmağa başladı.
Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
Beləliklə, artıq iki ildir ki, azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

 

51.8 KB