Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Milli dirçəliş günü” münasibətilə ”Azadlığa gedən yol” mövzusunda tədbir keçirilib

17.11.2022

17.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyində "Milli dirçəliş günü" münasibətilə "Azadlığa gedən yol" mövzusunda tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd Mədəni-maarif müəssisələrinin işçiləri, məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açaraq qonaqları salamladı.Xalqımızın azadlıq mübarizəsindən danışdı.Məktəblilərə keçdiyimiz çətin yollardan söhbət açdı.Sonra məruzə üçün söz muzeyin bələdçisi Xatirə İsmayılovaya verildi.Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov xalqımızın öz azadlığı üçün daim mübarizə apardığını xüsusi qeyd etdi.Muzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışdı.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğuladı.Daha sonra mövzu ətrafında çıxışlar davam etdirildi.Məktəblilər şeirlər səsləndirdilər.Sonda xatirə şəkilləri çəkdirildi.

 

117 KB

 

89 KB