Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Filmlərdə yaşayan musiqi” başlığı altında musiqi saatı keçirilib

17.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı filialı 16.11.2022 il tarixdə görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyi ilə əlaqədar "Filmlərdə yaşayan musiqi" başlığı altında musiqi saatı keçirtdi.

Böyük kitabxanaçı Aynur Abbasova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verdi.Onun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm  əhəmiyyətindən, Rauf Hacıyevin çoxşaxəli rəngarəng yaradıcılığı Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutumasından danışdı.
 Tədbirdə iştirak edən 4 saylı musiqi məktəbinin müəlliməsi Rəna Behbudova bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verdi.
 Sonda 4 saylı musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini  ifa etdilər.

 

41.8 KB

 

61.8 KB