17.11.2022
16.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 17 noyabr Milli Dirçəliş Günü münasibətilə “Milli dövlətçiliyimizin dirçəlişi” adlı dəyirmi masa keçirtdi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Milli Dirçəliş Günü haqqında məlumat verdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri və Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi iştirak etdi.