Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Meydandan başlayan  uğurlu yol” başlıqlı şer saatı keçirilib

17.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı  16.11.2022 -ci il tarixdə 17 Noyabr "Milli Dirçəliş  Günü"nə aid "Meydandan başlayan  uğurlu yol" başlıqlı şer saatı keçirtdi.Tədbirdə kitabxanaçı  Mehriban Məmmədzadə  söylədi ki,17 noyabr dövlətimiz və xalqımız tərəfindən  hər il "Milli Dirçəliş Günü" kimi qeyd edilir və bu haqda ətraflı məlumat verdi:  Meydan  hərəkatı Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi üçün başlamışdırsa tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Meydanda AXC Cümhuriyyətinin üçrəngli bayrağı dalğalandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək  bütün dünyaya sübut etdi ki, o , azad olmağa layiq xalqdır. Azərbaycan xalqının milli dirçəliş günü  görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
 Tədbirdə 19 və 24 nömrəli tam orta məktəbin şagirdləri vətənimizə ,qələbəmizə aid şeirlərlə çıxış etdilər.  Tədbiri keçirtməkdə məqsədimiz bu tarixi hadisənin , oyanış gününün xalqımız üçün çox böyük əhəmiyyəti olduğunu gələcək nəsilə  ötürməkdir.

 

77.3 KB

 

87.3 KB