16.11.2022
16.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Vətənpərvərlik hissin yüksəltmək məqsədi ilə “Dirçəliş günün mübarək Azərbaycan !” başlığı altında söhbət keçirdi. Tədbir M.Ə.Sabir adına 1 saylı lisey məktəbin 3a sinifi ilə birgə keçirildi.Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqlara Milli Dirçəliş gününün yaranma tarixindən danışdı. 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur. Tədbirdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub ,Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söylədilər.