Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Milli Dirçəliş” adlı dəyirmi masa təşkil olunub

16.11.2022

16.11.2022-ci il tarixində Samux şəhər Kitabxana filialının təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux şəhər kitabxana filialında 17 Noyabr -- Milli Dirçəliş Günü ilə əlaqədar " Milli Dirçəliş" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə Samux şəhər Kitabxana filialının əməkdaşları, Samux şəhər Mədəniyyət evi, Samux şəhər 3 saylı tam orta məktəbin şagirdləri iştirak etdi. Tədbiri Samux şəhər kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərova iştirakçıları salamlayaraq 17 Noyabr-- Milli Dirçəliş Gününün yaranma tarixindən söhbət açdı.

Tədbirin sonunda 3 saylı tam orta məktəbin 7b sinif şagirdləri İmanova Fatimeyi Zəhra, Süleymanova Gülarə, və digərləri azadlıq ruhunda çıxışlar, şeirlər səsləndirdilər.

 

66.3 KB

 

67.1 KB