Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tolerantlıq Azərbaycan xalqının ruhundadır” adlı söhbət keçirilib

16.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 15.11.22 - ci il tarixdə  16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Tolerantlıq Azərbaycan xalqının ruhundadır" adlı söhbət keçirildi.Tədbiri kitabxananın əməkdaşı Könül Mirxudayeva aparırdı.

Kitabxanaçı iştirakçılara Beynəlxalq Tolerantlıq  Günü ilə bağlı ətraflı məlumat verdi.Qeyd olundu ki,bu gün 1995 - ci ildə YUNESKO- nun 50 illiyi münasibətilə təsis edilib və bu günün təsis edilməsində məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışıdır.Kitabxanaçı vurğuladı ki,Azərbaycan indi bütün dünyada tolerant ölkə kimi tanınır və ölkəmizdə tolerantlıq yüksək səviyyədədir.Sonra iştirakçılar çıxış edərək Beynəlxalq Tolerantlıq Günü ilə bağlı öz fikirlərini bildirdilər.

 

203.6 KB

 

201.4 KB