Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Dirçəliş Günü “ilə əlaqədar dəyirmi masa keçirilib

16.11.2022

         15.11. 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mədəniyyət Mərkəzində 17 Noyabr “Milli Dirçəliş Günü “ilə əlaqədar dəyirmi masa keçirildi.

         Dəyirmi masanı  Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov  açaraq iştirakçıları salamladı.  O,   Azərbaycan Respublikasının suverenliyi,ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

      Eldar Məmmədov bildirdi ki, 17 Noyabr birlik,həmrəylik doğma yurdumuz Azərbaycana xalqımızın sədaqətini özündə əks etdirən gündür.

       Mədəniyyət Mərkəzinin  tibb kursunun rəhbəri Rüstəm Kərimov  çıxışında qeyd etdi ki,17 Noyabr Milli Dirçəliş Günü 1992-ci  ildə elan olunmuşdur.

 Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı  əllərdədir.  Heydər Əliyevin iayiqlı davamçısı İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malık xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət mustəqilliyi uğrunda mübarizənin təntənəsidir.

       Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova çıxış  edərək  bildirdi ki,17 Noyabr xalqımızın milli azadlıq  hərəkatına qoşulduğu gün kimi qeyd edilir.Bu bizim ən böyük bayramımızdır. Çunki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən dünyaya gəlib. Oyanış günümüz mübarək olsun!

  Mədəniyyət Mərkəzinin kütləvi işcisi Laləxanım Hacıyeva çıxış edərək bildirdi ki, 1991-ci ildə xalqımız ikinci dəfə öz müstəqilliyinə qovuşdu.Lakin xain ermənilər ata –baba yurd yerlərimizi işğal etdi. Çox şükürlər olsun ki, 2020-ci ildə 44 günlük ikinci Qarabağ- Vətən müharibəsində işğal altında olan Qarabağ torpaqlarımız  Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu tərəfindən azad edildi.Daha sonra o qeyd etdi ki,
 bu gün Azərbaycan xalqı bütün dünyada qalib xalq  kimi tanınır.

          Dəyirmi masanın sonunda Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov xalqımızı 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik etdi . Xalqımıza sülh, əminamanlıq arzuladı.

   Tədbirdə Mədəniyyət Mərkəzinin işçiləri, ərazi sakinləri , kurs tələbələri iştirak etdi.

 

73.4 KB