Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərə həsr olunmuş dəyirmi masa keçirilib

16.11.2022

15.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Samux şəhidləri Həsən Məmmədli,Taleh Yusifov və Qəzənfər Abdullayevin ikinci il dönümü ilə əlaqədar dəyirmi masa təşkil olundu.İlk öncə Şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxışında bildirdi ki, Həsən Qəhrəman oğlu Məmmədli 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub.Ailənin tək övladı idi.Orta məktəbdə müəllim işləyirdi.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak Həsən Məmmədli 5 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı  şəhid olmuşdur.
Sonra söz Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Afərim Verdiyevaya verildi.O, öz çıxışında şəhid Taleh Yusifov haqqında geniş məlumat verdi.O,bildirdi ki Taleh Yusifov noyabrın 18-də Samux rayonunda anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Taleh Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda"medalı ilə təltif edilib.
Daha sonra söz  Mədəniyyət Mərkəzinin sənətkarlıq təlimatçısı Həsənova Balaxanıma verildi.O, da öz çıxışında  şəhid Qəzənfər Abdullayev haqqında geniş məlumat verdi.Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunda anadan olub.. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qəzənfər Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb, Murovdağ döyüşləri zamanı şəhid olub.
Onlar -Vətən deyincə gözləri heç bir şey görməyən, geridə buraxdıqlarını düşünmədən öncə Vətən dəyən möhtəşəm insanlardır.Bu yüksəkliyə ucalan insanlar ölmürlər,əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

 

93 KB

 

81.9 KB