Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dirçəlişdən Azadlığa Gedən Yol” adlı konfrans keçirilib

16.11.2022

15 noyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar "Dirçəlişdən Azadlığa Gedən Yol" adlı konfrans keçirildi. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva  17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladığını bildirdi. Mərkəzi Kitabxananın metodisti Sevinc Aşıralıyeva Dirçəliş Günü haqqında danışdı. Şəhər Kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova həvəskar şair Əlizamin Həsənlinin "Yaşa, Var ol Azərbaycan " adlı şeirini səsləndirdi. Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının "İlin xalqı" elan olunması hadisəsi xatırlandığından danışdı. Sonda Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx izlənildi.

 

30.1 KB