Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan tolerantlıq diyarıdır” başlıqlı onlayn oxucu konfransı keçirilib

15.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  24 saylı kitabxana filialı 16 Noyabr Beynəlxalq Tolerantlıq Gününə aid 15.11.2022-ci il tarixdə "Azərbaycan tolerantlıq diyarıdır" başlıqlı onlayn oxucu konfransı keçirdi.

Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, 16 Noyabr Beynəlxalq Tolerantlıq Gününün  təsis  edilməsi haqqında məlumat verdi.
Konfransda Bakı Slavyan Universitetinin Azərbaycan dili və multikulturalizm kafedrasının müdiri, dosent  İbrahim  Quliyev,  Az.TU-nin  Azərbaycan dili və multikulturalizm  kafedrasının baş  müəllimi filoloq  Zəminə Novruzova və AYB üzvü Gəncə YB baş məsləhətçisi, şairə Aləmzər Əlizadə çıxış etdilər. Çıxış edənlər  tolerantlıq gününün təsis edilməsinin müasir qloballaşan dünyada  vacibliyindən ətraflı danışdılar. Tədbirdə  qeyd edildi ki, bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Konfransda həmçinin müxtəlif vaxtlarda tolerantlıqla bağlı qəbul edilmiş aktlar, bəyannamələr,  Fəaliyyət Planı və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan da söhbət açıldı. Tolerantlığın Azərbaycanda ta qədimdən mövcudluğu istər klassik, istərsə də müasir bədii ədəbiyyatda  yazıçı və şairlərin əsərlərində öz əksini tapması vurğulandı və  əsərlər haqqında ətraflı məlumat verildi.
Sonda ölkəmizdə yaşayan azsaylı xalqların həyatı və mədəniyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

 

1.3 MB