14.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində rayonun Şəfəq kənd sakini Şəhid Yusif Asif oğlu Qurbanovun ailəsi ilə görüş təşkil edilmişdir.
Təşkil edilən görüşdə Qaraçinar kənd Mədəniyyət Evinin kollektivi, Qaraçinar və Şəfəq kənd Kitabxana Filiallarının rəhbərləri, 1-ci Qarabağ müharibəsinin Şəhid ailələri, Qazilər, Şəfəq Kənd İcra Nümayəndəliyi, Qaraçinar Kənd Icra Nümayəndəliyi, Şəfəq kənd uşaq bağçasının rəhbəri, İctimaiyyıtçilər, Şəfəq kənd tam orta məktəbinin direktoru və şagirdlər iştrak etmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəüiqəlik sükutla yad edildi.
Şəhid ailəsinə ilk olaraq Gəncə Regional Mədəniyyəy İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət, ailəsinə səbir dilədilər.
Təşkil edilən görüşdə çıxış edən ziyalılar,Qazilər Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar.Yusif Qurbanov 1998-ci il noyabrın 12-də Goranboy rayonunun Qaraçinar kəndində anadan olub. Şəfəq kənd Mədə iyyət Evinin direktoru Samirə Kazımova Şəhid Yusif Qurbanov haqqında məlumat verərək bildirmişdir:
Yusif Qurbanov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Yusif Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.