11.11.2022
11.11.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 12 noyabr Azərbaycan Konstitusiyası gününə aid "Konstitusiyamızı öyrənək və müdafiə olunaq" başlıqlı söhbət keçirdi.Söhbətdə kitabxana filialının kitabxanaçısı Səriyyə Abbasova söylədi ki, demokratik, sivil və dünyəvi dövlət qurmaq naminə müstəqil respublikamızın ali qanunu-milli konstitusiyanın qəbul olunması olduqca böyük hadisə idi.Xalqımız müstəqillik tariximizin ən əlamətdar bayramlarından biri olan Konstitusiya günü hər il qeyd olunur.1995- ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Əsas Qanununu milli Konstitusiyasını qəbul etmişdir.
Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin formalaşması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir.Tədbiri keçirməkdə məqsədimiz yeniyetmələrə Konstitusiyamız dövlətin ən ali qanunu olub onları öyrənmək və qanunlarımıza əməl etməyin zəruri olduğunu çatdırmaqdır.
Kitabxanaçı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.