11.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialı 11.XI.2022-ci il tarixində konstitusiya günü ilə əlaqədar “Konstitusiyamız xalqa xidmət edir” başlığı altında dəyirmi masa keçirdi.Tədbirdə 6 saylı məktəbin tarix müəllimi Bəyim Rüstəmova və 8-B sinif şagirdləri iştirak edirdilər.Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Lalə Kərimzadə açdı. Lalə tədbir iştirakçılarını salamladıqdan sonra öz çıxışında bildirdi ki, bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 27 il keçir. Müstəqil Azərbaycanın Konstitusiyası ulu öndəri Heydər Əliyevin rəhbərliyi ilə 1995-cil il noyabrın 12-də keçilirmiş ümumxalq səsverməsi yolu ilə qəbul edildi.1995-cil ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk,ümumilikdə isə ölkəmizin tarixində dördüncü Kostitusiyasıdır.
6 saylı məktəbin tarix müəllimi Bəyim Rüstəmova bildirdi ki, ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi ki,biz elə bir layihə hazırlamalı və nəhayət,elə bir Konstitusiya qəbul etməliyik ki,o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü-ali icra,qanunvericilik,məhkəmə hakimiyyəti, bunlar hamısı xalqın iradəsinə söykənməli,seçkilər yolu ilə təmin olunmalıdır.
21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyşikliklər edilib.Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə edib.Beləliklə,Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Tədbirin sonunda iştirakçılar “Konstitusiyamız xalqa xidmət edir” başlığı altında sərgi ilə tanış oldular.