Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hüquqlarımızı öyrənək” mövzusunda dəyirmi masa keçirilib

11.11.2022

10 noyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Ailə. Qadın və Uşaqlara Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı öyrənək" mövzusunda dəyirmi masa keçirildi. Tədbir diskusiya şəklində təşkil olundu. Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq 20 oktyabr-20 noyabr tarixlərinin "Uşaq hüquqları aylığı" olduğunu bildirdi və bu mövzuda danışdı. Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşı Südabə Həsənova mövzu ətrafında geniş və ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Səidə Abdullayeva mövzu ətrafı çıxışlara öz fikrini bildirdi.

 

228.9 KB