Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Konstitusiya Hüquq və Azadlıqların Ali təminatçısıdır” adlı dəyirmi Masa keçirilib

11.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Məkrəzinin və Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəhər Kitabxana Filialının işçiləri ilə birlikdə 12 Noyabr - Konstitusiya Günü münasibətilə 10 noyabr 2022-ci ildə, “Konstitusiya Hüquq və Azadlıqların Ali Təminatçısıdır” adlı Dəyirmi Masa keçirdilər. Dəyirmi Masanı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan etdi. Şəhər Kitabxana Filialının müdiri Nərgiz Məmmədova Azərbaycanda Konstitusiyanının yaranması haqqında iştirakçılara məlumat verdi. Dəyirmi Masa itirakçılardından GİKM-nin Goranboy nümayəndəliyinin əməkdaşı Rəna Rüstəmova Konstitusiyanın qanunları haqqında danışdı. Tədbir Goranboy rayon 1 №li klub müdiri Nazilə Kazımovanın Konstitusiyadakı hüquqlardan insanların necə istifadə etməsi haqqında məlumat verdikdən sonra başa çatdı.

 

41.6 KB

 

241.8 KB