Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana

06.06.2018

Mədəniyyət Nazirliyinin 2018-ci ilin birinci yarısı üçün iş Planının 6.14-cü bəndinə məqsəd tutaraq Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səyyar şöbəsi növbəti şəhər gəzintisini təşkil edib. Növbəti gəzinti FHN MMQ-nın “N” saylı hərbi hissənin bir qrup əsgərləri üçün təşkil olunub.

Gəzintidə hərbi hissənin bir qrup əsgəri, MKS-nin Səyyar şöbəsinin böyük kitabxanaçısı Elnarə Hüseynova, KAA şöbəsinin müdiri Vüsalə Hüseynova, kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Səidə Müseyibova və müstəqil jurnalis İmamverdi Vəliyev iştirak ediblər.

Əsgərlər Gəncə şəhərinin görkəmli yerlərini, tarixi abidələrini və muzeylərini ziyarət ediblər. Gəzintidə bələdçilik edən Vüsalə Hüseynova və İmamverdi Vəliyev Gəncə şəhərinin qədim tarixindən, zəngin mədəni irsindən, maddi mədəniyyət inciləri haqqında, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə əsgərlərə geniş məlumatlar çardırıblar. Gəncə “İmamzadə” kompleksi, Heydər Əliyev Mərkəzini, Gəncə Şah Abbas Məsçidini, Cavad Xan Türbəsini, Gəncə Qala Qapıları və dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və muzeyini ziyarət etdən əsgərlər böyük təsuratlarla hərbi hissəyə qayıdıblar.