11.11.2022
08 Noyabr 2022-ci il tarixdə Naftalan Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş “ Qarabağ əbədi Azərbaycandır”adlı onlayn şeir müsabiqəsinin qalibləri Mərkəzimiz tərəfindən mükaflandırıldı. Müsabiqənin qalibləri ilə görüşən Mərkəz direktoru Faiqə Ağayeva öz çıxışında bildirdiki Azərbaycan xalqı üçün noyabr tək payız fəslinin bir hissəsi kimi yox, həm də Zəfər ayı kimi tarixə düşdü. Şanlı Azərbaycan Ordusu tarixi torpaqlarımızı 30 ildən bəri işğal altında saxlayan düşməndən canları bahasına azad etdilər.
Tarixi qələbənin qazanılmasında Ali Baş Komandanın bir çağırışı ilə hər kəsin bir amal uğrunda birləşməsi dünya ictimaiyyətinin marağına səbəb oldu. Birlikdən doğan güclə tarixi torpaqlarımız, eləcə də Qarabağın tacı, musiqimizin beşiyi, mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin azad edilməsi xalqımıza sevinc bəxş etdi.
Bu gün Azərbaycan Ordusunun gücü, düşmən üzərindəki qələbəsi cəmiyyətdə lazımi səviyyədə təbliğ edilir. Orta və ali təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, gənclərdə Vətən sevgisinin, vətənpərvərlik ruhunun günü-gündən daha da artırılmasına təkan verir.
Qalib iştirakçılara Mərkəz tərəfindən müvafiq diplomlar və hədiyyə təqdim edildi. Belə ki, Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Facebook səhifəsində onlayn səsvermənin nəticələrinə əsasən, Mərkəz tərəfindən I yeri tutmuş Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdi Musazadə Murad diplom və hədiyyə ilə II yer 2 nömrəli tam orta məktəbin şagirdi Abdulkərimli Zəhra, III yerin sahibi isə Naftala şəhər İ.Nəsimi adına tam orta məktəbin 3 a sinif şagirdi Məmmədova Mədinə olmuşdur. Müsabiqədə fəal iştirakına görə Əzizli Ülvi, Həsənova Gülçin, Ədilova Əbabil, Mustafayeva Fidan, Məmmədova Gülay təşəkkürnamə ilə təltif edilmişdirlər.
Qalibləri təbrik edir, iştirakçıların hər birinə uğurlar arzulayırıq.