Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Uşaqlar bizim gələcəyimizdir” adlı konsert mühazirə keçirilib

10.11.2022

10 noyabr 2022-ci il tarixdə “ Uşaq hüquqları aylığı” çərçivəsində “ Uşaqlar bizim gələcəyimizdir” adlı konsert mühazirə keçirilib Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Məmmədbəyova açıq elan etdi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1998-ci il tarixli Fərmanını iştirakçıların nəzərinə çatdırdı.
Sonra məktəbin tədris işləri üzrə direktor müavini Ruhanə Həsənova “ Uşaq hüquqları konvensiyası” haqqında məruzə ilə çıxış etdi. O, uşaq hüquqları konvensiyasının 54 maddədən və 4 kateqoriyadan ibarət olduğunu bildirdi. Uşaqlara inkişaf , müdafiə , iştirak və yaşamaq hüquqlarının olduğu haqqında
məlumat verdi. Sonra tədbirdə iştirak edən uşaqların ifasında musiqi nömrələri və şerlər səsləndirildi. II sinif şagirdi Hüseynzadə Aydan qanun alətində Üzeyir Hacıbəylinin “ Yaxşı yol” , II sinif şagirdi Əlizadə Təhmasib tar alətində Fikrət Əmirovun “ Quşlar” , II sinif şagirdi Məmmədzadə Orxan qarmon alətində Polad Bülbüloğlunun “ Şən Azərbaycan”,III sinif şagirdi Məmmədzadə Fərid qarmon alətində Qara Qarayevin
“ Dəniz neftçiləri” əsərini ifa etdilər.

 

101.6 KB

 

58.7 KB