Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Noyabr Zəfər gününə həsr olunmuş bayram konserti keçirilib

09.11.2022

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzimdə 8 Noyabr Zəfər gününə həsr olunmuş bayram konserti keçirilmişdir.

Konsertdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

Öncə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib. Daha sonra tədbir iştirakçıları rəsm işlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Naftalanlı Vətən Müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri də nümayiş olunub.

Tədbir Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Respublikanın Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağızadə, Rövşən Məmmədov, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar və "Gəncə gönçələri" mahnı və rəqs ansambları çıxış etmişlər.

 

94.2 KB

 

72.9 KB

 

131.6 KB