Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi

05.06.2018

05.06.2018 - ci il tarixdə MKS - nin 7 saylı kitabxana filialında görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar şeir saatı keçirildi. Tədbiri kitabxanaçı Könül Mirxudayeva aparırdı. Əvvəlcə kitabxanaçı şairin həyat və yaradıcılğından, Azərbaycan ədəbiyyatının, teatrının, kinosunun inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı və vurğuladı ki, qısa ömür yaşamasına baxmayaraq, Müşfiq təkrarolunmaz yaradıcılığı ilə yaddaşlarda yaşayır. Daha sonra şairin şeirləri kitabxananın fəal oxucuları Gülçin Bağırova (Zəhra üçün), Nərmin Babayeva (Yaşa könül), Rəfi Salmanov (Oxu tar), Əliyeva Leyla (Sənin gülüşlərin), Həsənli Təranənin (Küləklər) ifasında dinlənildi.Kitabxanaçı qeyd etdi ki, cəmi 29 il ömür sürən şair olduqca böyük bir ədəbi irs qoyub getmişdir və tədbiri keçirtməkdə əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və ömrünü faciə ilə başa vuran şairin əsərlərini gənc oxuculara çatdırmaq və sevdirməkdir. Tədbirin sonunda iştirakçılar “Mikayıl Müşfiq - 110” başlıqlı sərgi ilə tanış oldular.