Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti keçirilib

09.11.2022

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər günü ilə bağlı Kəlbəcər rayon Mədəniyyət Sarayında "Zəfərin mübarək, Azərbaycan!" adlı bayram konserti təqdim edilmişdir.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər, şəhid ailələri bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində, qəsəbəsində, kəndində böyük təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur. Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin, yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.

Daha sonra Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri, Respublikanın Əməkdar artisti Babək Niftəliyev və Əməkdar Mədəniyyət işçisi Ədalət Delidağlı öz ifalarını təqdim etmişlər.

 

83.4 KB

 

63.5 KB

 

97.5 KB