07.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Şəfəq kənd Mədəniyyət Evində Şəfəq kənd və Qaraçinar kənd Kitabxana Filiallarının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş "Zəfərin mübarək Azərbaycan" adlı kitab sərgisi təşkil edilmişdir.
Sərgidə iştrak edən oxuculara Şəfəq kənd Kitabxana Filialının əməkdaşı Əfiqə Bayramova bildirib ki, noyabrın 8-i Azərbaycan xalqı üçün çox əhəmiyyətli bir gün – Zəfər Günüdür: “Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.
Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkə hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.
Heç bir Zəfər, azadlıq qansız başa gəlmir. Çox təəssüflər olsun ki, bizim də Zəfər müharibəmizdə çoxsaylı cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini biz heç vaxt unutmayacayıq”.
Direktor bildirib ki, bu böyük Qələbə Prezident İlham Əliyevin prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi, məqsədyönlü, ardıcıl siyasət aparması nəticəsində əldə edilib. Bu tarixi Zəfər haqqında çoxsaylı kitablar yazılıb və yazılacaq, bizim də borcumuz həmin kitabları təbliğ etməkdir.
Prezident İlham Əliyevin də bildirdiyi kimi: “Bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra da qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.
Qaraçinar kənd Kitabxana Filialının müdiri Səadət Bayramova bildirib ki, Azərbaycan xalqı noyabrın 8-də uzun illərdən bəri gözlədiyi tarixi Qələbəni qazanıb. Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir: “Azərbaycan xalqı xoşbəxt xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi ümummilli lideri və İlham Əliyev kimi Ali Baş Komandanı var”.
Sonda iştirakçılar “Zəfərin mübarək Azərbaycan!” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Sərgidə 44 gün davam edən II Qarabağa müharibəsini, Zəfər tarixini özündə əks etdirən kitablar, məqalələr və s. materiallar nümayiş olunub.