Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənə Zəfər yaraşır Azərbaycan”adlı şer gecəsi keçirilib

07.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı 6.11.2022-ci il tarixdə 8 noyabr Zəfər günü münasibətilə "Sənə Zəfər yaraşır Azərbaycan"adlı şer gecəsi keçirtdi.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş Vətən Müharibəsi şəhidlərinin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.Tədbiri kitabxanaçı Günel Kərimova açaraq, iştirakçıları salamladı və bu əlamətdar gün münasibətilə onları təbrik etdi.O, bildirdi ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması məhz Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun şücaəti, "dəmir yumruq"kimi birləşən Azərbaycan xalqının birliyi sayəsində mümkün oldu.Tədbirdə böyük kitabxanaçı Xəyalə Nəsibova Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsində Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Zəfər günü haqqında şagirdlərə ətraflı məlumat verdi.Doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, qəhrəmanlıq dastanı olan Vətən Müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edirik.Tədbirdə kitabxananın fəal oxucuları, 4 saylı İnternat tipli Gimnaziyanın şagirdləri, 15 saylı tam orta məktəbin şagirdləri iştirak etdi Şagirdlərin ifasında Vətənə, Şəhidlərə, Azərbaycan bayrağına həsr olunmuş şeirlər səsləndirildi.

 

1.3 MB