Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Daim zirvələrdə ol Bayrağım adlı” şeir gecəsi keçirilib

07.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq kitabxanası 5.Xl.2022 ci il tarixdə  Birinci Qarabağ Müharibəsi şəhidi Süleymanov Elxan Zakir oğlunun adını daşıyan sinif otağında 9 Noyabr Bayraq Günü münasibətilə " Daim zirvələrdə ol Bayrağım adlı" şeir gecəsi keçirdi. Tədbiri Uşaq kitabxanasının kitabxanaçısı Pakizə İşmayılova açdı və tədbirin mahiyyəti haqqında geniş məlumat verdi.  Müstəqilliyimiz uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.1saylı tam orta məktəbin qabaqcıl sinif müəllimi Səadət İşdəndərova " Mənim üç rəngli Bayrağım"adlı məruzə ilə çıxış edərək qeyd etdi ki  şəhidlərimizin qanı,canı.qazilərimiziz sağlamlığı bahasında ucalan bayrağımız bizim hər birimizin qürur mənbəyimiz.and yerimiz olmalı onu daim uca tutmalı qorumalıyıq və biz xöşbəxt bir nəsilin övladlarıyıq ki, bizim üç rəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda qürurla əzəmətlə dalğalanır. Sonra hərbi geyimdə olan  məktəblilərin  ifasında  "Daim zirvələrdə ol Bayrağım " adlı şeir kompazisiyasını iştirakçılara təqdim etdilər.

 

163.3 KB