06.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə xalqımıza zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Aynur Şixiyeva çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etdi. Tədbirdə Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdlərinin Zəfər günü münasibəti ilə hazırladıqları rəsm sərgisi nümayiş olundu. Daha sonra musiqi məktəbinin şagirdlərinin ifasında Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səslənmiş, səhnəciklər nümayiş olunmuşdur. Tədbirdə məktəbin vokal sinfinin müəllimi,Əməkdar Artist Kəmalə Tağızadə , xanəndə sinfinin müəllimi Vüqar Bağırov və şagirdlərinin ifasında Vətənpərvər musiqi nömrələri ifa olunmuşdur.